Zirə adasında antropogen pozulmaları müşahidə edilib
04 iyun 2019 19:53 (UTC +04:00)

Zirə adasında antropogen pozulmaları müşahidə edilib

Mayın 22-dən 25-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına uyğun olaraq Zoologiya İnstitutu Xərə Zirə adasına ekspedisiya təşkil edib.
 
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ekspedisiyada Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov da iştirak edib.
 
Bakı və Abşeron arxipelağı adalarının kompleks tədqiqinə həsr edilmiş elmi ekspedisiyada Coğrafiya İnstitutu ilə yanaşı, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Geologiya və Geofizika, Neft-Qaz İnstitutlarının alim və mütəxəssisləri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.
 
E.Cəbrayılov Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq edib, iqlim ölçmələri aparıb. Ərazinin mənimsənilməsi imkanları araşdırılıb, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahillərdə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac duyulduğu müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar