Çingiz Qənizadənin seçicilərlə daha bir görüşü
03 iyun 2019 12:05 (UTC +04:00)

Çingiz Qənizadənin seçicilərlə daha bir görüşü

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Bəcrəvan-Ağcuyur  kəndlərində seçiciləri ilə görüş keçirib.
 
Lent.az-ın məlumatına görə, kənd sakinləri deputatla görüşfə bəzi problemlərindən danışıblar. Beildirilib ki, kənddə modul sutəmizləyici qurğu olsa da, bu əsas yola qoyulub, kəndin ara küçələrində isə yoxdur. Kənd sakinləri ona görə də sutəmizləyici qurğudan çıxan suyun həm də ara küçələrə çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.
 
Sakinlərin daha bir xahişi kəndə verilən qaz xətti ilə bağlı olub. Sakinlər kəndə verilən qaza görə ölkə rəhbərliyinə təşəkkür ediblər. Onu da bildiriblər ki, qaz xətti bu günə kimi məktəbə birləşdirilməyib. Kənd sakinləri həm Təhsil Nazirliyinə, həm də "Azəriqaz" İstehsalat Birliyinə qaz xəttinin məktəbə birləşdirilməsi ilə bağlı deputatdan xahiş ediblər.
 
Görüşdə sakinlər məktəblə bağlı digər problemlərdən daə danəşəıblar. Onların bildirdiklərinə görə, məktəbin avadanlıqları çatışmır. Bu səbəbdən də deputatdan Təhsil Nazirliyinə müraciət edilməsini xahiş edərək, bu nazirliyin məktəbin problemləri ilə yaxından tanış olmasını istəyiblər.
 
Eyni zamanda, əkin sahələrini suvarmaq üçün su nasoslarının qoyulması ilə bağlı məsələ də deputatın diqqətinə çatdırılıb. Bildirilib ki, Su və Meliorasiya  Təsərrüfatının işçiləri  məsələdən məlumatlı olsalar da, problem hələ də həllini tapmayıb. Sakinlər deputatdan su nasoslarının  tezliklə həll edilməsi üçün Su və Meliorasiya Təsərrüfatı Səhmdar Cəmiyyətinə xahiş edilməsini bildiriblər
 
Kənd sakinləri onu da bildiriblər ki, vaxtilə Kür və Araz çayları daşarkən suyun məcrası dəyişdirilib. Nəticədə 200 hektardan çox torpaq Araz çayının digər hissəsində qalıb. Suyun məcrası dəyişəndən sonra həmin ərazilərdən istifadə etmək olmur. 3127 nəfər əhalisi olan kənd 200 hektar torpaqdan istifadə edə bilmir. Bununla bağlı müəyyən köməkliklərin olunması üçün müxtəlif qurumlara müraciət etdiklərini deyən sakinlər Çingiz Qənizadədən də köməklik edilməsini xahiş ediblər.
 
Milli Məclis üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.
 
Çingiz Qənizadə kənd sakinlərinin kəndlərlə bağlı ümumi problemlərini dinlədikdən sonra hər bir müraciətlə bağlı aidiyyatı qurumlara məlumat verəcəyini bildirib. Daha sonra o, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini dinləyib.
 
Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.
# 522
avatar

Oxşar yazılar