
Səfir Rəşad İsmayılov “Gulf-Times”in baş redaktoru ilə görüşüb -FOTO
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətərin ingilis dilli “Gulf-Times” qəzetinin baş redaktoru Faisal Al Mudahka ilə görüşüb.
Lent.az-ın məlumatına görə, “Gulf-Times” qəzeti Qətərdə gündəlik ingilis dilində nəşr olunan 3 qəzetdən biridir. 1978-ci ildən fəaliyyətə başlayan qəzet ölkənin ilk və ən çox oxunulan ingilis dilli qəzeti hesab olunur.
Görüş zamanı qeyd edilən mətbuat orqanı ilə Azərbaycanın Qətər Dövlətindəki Səfirliyi, həmçinin Azərbaycan mətbuat orqanları arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirə aparılıb. Ölkəmizlə bağlı qəzetdə mütəmadi olaraq məlumatların, məqalə və müsahibələrin nəşri imkanları nəzərdən keçirilib.
Qarşı tərəfə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən quruculuq işləri və inkişaf prosesi barədə, həmçinin Dağlıq-Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib.
Görüş zamanı, həmçinin Azərbaycan - Qətər dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunmuş və qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35