Müğənni Kərim Abasov küçədə onu döydüyünü iddia etdiyi Elvin Ramazanov barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində deyib ki, indi E.Ramazanovun qardaşı onu hədələyir:
"O, mənə söyəndə, mən də onu təhqir etdim. O, edəcək, mən yox? Sonra başladım onu videoya çəkməyə, düşdü maşından mənə yumruqlar vurdu. Hələ də ağzımı ağrıdan aça bilmirəm. Boyu 1,80-dən yuxarı, kürəyi enli... Onunla bacara bilməzdim. Mənim qaldıra bildiyim ən ağır yük mikrofondur.
Hadisədən sonra adamın qardaşı, qohumları ifa etdiyim restoranların qabağına gəlirlər. Günahı olan deyər, qələt edib, keç. Qardaşı gəlib qabağımda dayanıb deyir ki, bizimlə düşmənçilik aparma. Məni hədələyirdi. Bizim qanunlarımız var, hər şeyi araşdıracaq".