
“İndiyədək Ombudsmanın təklifi ilə hansısa qanunun qəbul edildiyini xatırlamıram” - Qüdrət Həsənquliyev
“İndiyə qədər Ombudsmanın təklifi ilə Milli Məclisdə hansısa qanunun qəbul edildiyini xatırlamıram”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Q.Həsənquliyev deyib ki, Ombudsmanın təklifini öncə Ali Məhkəməyə təqdim etməsi, Ali Məhkəmə məqbul sayarsa, Ombudsmanın qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə layihə təqdim etməsi məqbul olardı: “Bununla bağlı qanunvericiliyə dəyişiklik edilsə, daha yaxşı olardı”.
Spiker Oqtay Əsədov isə qanunun birinci oxunuşda müzakirəyə çıxarıldığını və təkliflərin növbəti oxunuşlar zamanı verilə biləcəyini xatırladıb.
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07