Xalq artisti Nazpəri Dostəliyeva müzakirələrə səbəb olacaq açıqlama verib.
Lent.az-ın məlumatına görə, “Səhər-səhər” verilişində qonaq olan müğənni bildirib ki, metro sənət adamları üçün deyil:
“Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl də bunlar. Düz yol gedirəm, kimsə “Nazpəri keçdi” deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamıyla şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir”.