![[b]Vergilər Nazirliyi yeni uçot qaydaları hazırlayır[/b]](https://lent.az/storage/news/2019/may/24/big/f3748fcc25aebff760fdc4bab08960ec.jpg)
[b]Vergilər Nazirliyi yeni uçot qaydaları hazırlayır[/b]
Azərbaycan Vergilər Nazirliyində məcburi sosial sığorta məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydaları hazırlanır.
ONA-nın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, Nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra metodiki və normativ sənədlər, o cümlədən fiziki şəxslərin uçota alınması, uçotdan çıxarılması və ləğvi ilə bağlı qaydalar hazırlanıb. Hazırda bu qaydalar üzərində iş aparılır.
Qeyd olunub ki, bu il yanvarın 1-dən mayın 1-dək isə yeni qaydada uçota alınan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçilərinin və ailə kəndli təsərrüfatları kateqoriyasından olan sığortaolunanların sayı 2.937 nəfər olub. Onlara VÖEN təqdim edilib, müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondundan SUN (sığortaedənin uyğunluq nömrəsi) təqdim edilib. Ə. Məmmədov bildirib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlərin məcburi sosial sığorta haqlarının ödənilməsi işinin təşkili üzərində də iş aparılır: "Bu məqsədlə Vergilər Nazirliyi bütün yerli strukturlara məktublar göndərib. Biz, eyni zamanda, ictimai təşkilatlarla da çalışmaq istəyirik".
Qeyd edək ki, 2019-cu ildən məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınma proseslərini Vergilər Nazirliyi həyata keçirir. Həmin proseslərin iştirakçıları fərdi sahibkarlar, hüquqi şəxslər, digər vergi ödəyiciləri, o cümlədən vergi mükəlləfiyyəti olmayan digər qurumlardır. Onların sırasında kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri, ailə kəndli təsərrüfatları sahibləri də var. Ə.Məmmədov qeyd edib ki, əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyata alınanların sayı 202 min nəfərə qədər olub, onlara SUN verilib. Ötən il məcburi dövlət sosial sığorta haqlarını ödəyənlərin sayı da müəyyən olunub. Onlardan 5.971-i Vergilər Nazirliyində uçota alınıb.
Oxşar yazılar

Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40