![[b]“Keşikçidağ”da yerləşən tarixi abidələr konservasiya olunacaq[/b]](https://lent.az/storage/news/2019/may/23/big/9de250a9980cb09580ef5f385aaf9a3d.jpg)
[b]“Keşikçidağ”da yerləşən tarixi abidələr konservasiya olunacaq[/b]
0
0
Mayın 22-də “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib.
ONA-nın məlumatına görə, institutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə birgə ərazidəki vəziyyətlə tanış olub.
Teymur Kərimli bildirib ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ziyarətçilərin rahatlığını təmin etmək üçün müasir infrastruktur yaradılacaq: “Hazırda qoruq ərazisində əməkdaşlar üçün inzibati binanın tikilməsi ilə bağlı danışıqlar aparılır. İşçilərin qoruq ərazisində daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidəki yollar təmir-bərpa olunacaq. Qoruq ərazisində olan tarixi abidələrin konservasiyası, mühafizəsinin daha da artırılması kimi zəruri işlər həyata keçiriləcək”.
0
0