[b]Deputat hansı hallarda parlamentdaxili məsuliyyətə cəlb olunacaq? - qanuna dəyişiklik təklif edilir[/b]
23 may 2019 10:47 (UTC +04:00)

[b]Deputat hansı hallarda parlamentdaxili məsuliyyətə cəlb olunacaq? - qanuna dəyişiklik təklif edilir[/b]

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu" haqqında qanuna dəyişiklik təklif edilir.
 
ONA-nın məlumatına görə, dəyişiklik layihəsinə əsasən, qanunun 16-cı maddəsinin (Deputatın vəzifələri) ikinci cümləsi aşağıdakı kimi yeni redaksiyada verilir: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur".
 
Sənədin hazırkı variantı isə belədir: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarının iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarını buraxan deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur”.
 
Qeyd edək ki, qanun layihəsinə dəyişiklik layihəsi Milli Məclisin mayın 30-da və 31-də keçiriləcək iclaslarında 1-ci oxunuşda müzakirəyə çıxarılacaq.
# 1032
avatar

Oxşar yazılar