1295
23:53
22 May 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru 52 yaşında vəfat edib

Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov vəfat edib.

ONA -nın qərb bürosunun məlumatına görə, aktyor uzun sürən xəstəlikdən sonra52 yaşında dünyasını dəyişib.

N.Məmmədov teatrda uzun müddət çalışıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif edilib. Bir çox beynalxalq festivallarıniştirakçısı olub.