
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirilib.
ONA-nın məlumatına görə, mayın 21-də start verilən konsertlər gənc ifaçıların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə təşkil olunur.
Konsertdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, konsert müəssisələrinin rəhbərləri və musiqi məktəblərinin direktorları iştirak edib.
Konsert-festivalda ümumilikdə 30 ifaçı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Proqramda fortepiano, violin, kontrabas, klarnet, fleyta kimi Avropa alətləri ilə yanaşı, tar, kamança, qanun, balaban alətlərində ifalar səsləndirilib.
Konsertdən sonra təəssüratını bölüşən mədəniyyət naziri Əbülfəs Qarayev gənc musiqiçilərin konsertinin xoş ovqat yaratdığını bildirib: “Onların sırasında artıq tanınan simalar da var. Gənclərimiz çox ümidvericidir. Cənab Prezidentin gənclərimizə diqqət və qayğısı onların püxtələşməsinə böyük təsirini göstərir. Çıxışlar zamanı peşəkarlıq səviyyəsi bizi çox sevindirdi. Musiqi və yaradıcı təşkilatların rəhbərləri də gələcək solistlərin potensialını əyani olaraq gördülər. Bir daha gənclərimizə verdiyi dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, 1997-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə incəsənət sahəsində xüsusi istedada malik gənclərin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır və onlar xüsusi aylıq təqaüdə layiq görülürlər. Bu günə kimi musiqi, xoreoqrafiya, rəsm sahələrində xüsusi istedadı olan 124 gəncin adı bu kitaba yazılıb və onlara 25 yaşadək aylıq təqaüd verilir.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, təqaüd alan gənclərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə 10-12 aprel 2019-cu il tarixində Rəşid Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbində 51 nəfər gənc təqaüdçünün dinləmələri keçirilib. 10 apreldə fortepiano, 11 apreldə nəfəs və simli alətlər, vokal, aprelin 12-də isə xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə dinləmələr aparılıb. Ümumilikdə 30 nəfər Prezident təqaüdçüsünün çıxışı yüksək qiymətləndirilərək konsert-festivalın proqramına daxil edilib.
Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55