[b]Ötən il satınalmaların 55%-dən çoxu bir mənbədən olub - Hesablama Palatası [/b]
21 may 2019 14:50 (UTC +04:00)

[b]Ötən il satınalmaların 55%-dən çoxu bir mənbədən olub - Hesablama Palatası [/b]

"Məlumatların təhlili göstərir ki, dövlət vəsaitlərinin istifadəsi zamanı 2018-ci ildə 10 min 923 sayda 5,8 mlrd. manat məbləğində satınalma tətbiq edilib". ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söyləyib.
 
Onun sözlərin görə, bu, əvvəlki ilin göstəricisindən say və əhatə olunan məbləğ baxımından müvafiq olaraq 22% və 41,4% çoxdur: "Bu məbləğ dövlət büdcə xərclərinin 25,5%-ni, ÜDM-in isə 7,3%-ni təşkil edir. Bu, son illər üçün Azərbaycanda ən böyük göstəricilər olsa da, beynəlxalq təcrübədə rast gəlinən orta göstəricilərə nisbətən aşağıdır".
 
Hesablama Palatasının sədri bildirib ki, açıq tenderlə keçirilən dövlət satınalmalarının sayı əvvəlki ilə nisbətən 38,1%, onların əhatə dairəsi isə 49,6% artıb: "Ümumiyyətlə, müsabiqəli satınalamaların sayı 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə 2018-ci ildə 17,5%, əhatə dairəsi 42,8% artıb. 2018-ci ildə keçirilən bütün satınalamaların tərkibində rəqabətli satınalmaların sayı 82,1%, əhatə etdiyi məbləğ isə 44,2% olub. Bununla belə, bir mənbədən satınalmaların əhatə dairəsi 55,6% təşkil etməklə, hələ də yüksək olaraq qalır. Bir mənbədən satınalmaların 1/3-i ilin dördüncü rübündə tətbiq edilib".
 
V.Gülməmmədov nəzərə çatdırıb ki, Hesablama Palatası tərəfindən 2018-ci ildə keçirilmiş satınalamaların təhlili aparılır və ətraflı məlumatlar təhlil yekunlaşandan sonra təqdim ediləcək.
# 1355
avatar

Oxşar yazılar