1057
22:00
19 May 2019

“Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarında yağışlı və güçlü küləkli hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.
ASC-dən ONA -ya verilən məlumata görə, müəssisə tərəfindən qabaqlayici tədbirlər görülür.
"Texniki departamentin əməkdaşları elektrik enerjisi təchizatıda yarana biləcək fasilələri aradan qaldırmaq üçün tam hazırdırlar",- deyə ASC-dən bildiriblər.