İyunda neçə gün iş olmayacaq?
İyun ayının qeyri-iş günləri açıqlanıb.
Lent.az-ın məlumatına görə, iyun ayında Ramazan Bayramı, Milli Qurtuluş günü və Silahlı Qüvvələr günü ilə əlaqədar 5 gün qeyri-iş günü olacaq.
Belə ki, iyunun 5-6-da Ramazan Bayramı, iyunun 15-də Milli Qurtuluş günü, iyunun 26-da Silahlı Qüvvələr günü qeyd olunur.
İyunun 15-i Mill Qurtuluş günü şənbə gününə düşdüyündən, qanunvericiliyə əsasən növbəti həftənin ilk iş günü də istirahət günü hesab olunacaq.
Beləliklə, iyunda bayramlarla əlaqədar 5 gün iş olmayacaq.
2177