
Azərbaycanın İrandakı səfirliyi Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar xeyriyyə aksiyası keçirib
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyi xeyriyyə aksiyası keçirib. ONA-nın İran bürosunun verdiyi məlumata görə, əvvəlcə səfirliyin əməkdaşları və onların ailə üzvləri Heydər Əliyevin büstü önünə toplaşaraq onun xatirəsini yad ediblər.
Səfirliyin kollektivi Tehrandakı “Qədir” Xeyriyyə Müəssisəsinin fiziki və zehni cəhətdən qüsurlu 200 xəstə qızın yaşadığı İmam Əli Kompleksini ziyarət edib.
Səfir Bünyad Hüseynov müəssisənin əməkdaşları ilə söhbətində Azərbaycan xalqının tarixən öz mərhəməti və humanizmə sadiqliyi ilə tanındığını vurğulayıb. Bildirib ki, həm Sovet İttifaqı, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində insanpərvərliyi, humanizmi, mənəvi dəyərləri, şəfqəti hər şeydən uca tutub. Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev də ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşması istiqamətində sosial islahatları davam etdirir.
Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin humanizm prinsipləri əsasında qurub. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva genişmiqyaslı sosial və humanitar layihələr həyata keçirir, həm ölkəmizdə, həm də xaricdə böyük xeyriyyəçilik aksiyaları təşkil edir.
“Qədir” Xeyriyyə Müəssisəsinin İmam Əli Kompleksinin Direktorlar Şurasının sədri Hüseyn Zackaniha Azərbaycan səfirliyinin bu aksiyasından təsirləndiyini deyib. O bildirib ki, müasir zamanda humanizm və xeyriyyəçiliyə daha çox ehtiyac duyulur.
Sonda müəssisə rəhbərliyinin arzusuna uyğun olaraq burada yaşayan qızların müalicəsi üçün nəzərdə tutulan maddi yardım təqdim edilib.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48