2496
09:13
07 May 2019

Tanınmış müğənnimiz VALİDEYNİNİ İTİRDİ: "Atam lay-lay..."

Azərbaycanlı müğənni Kərim Abbasovun atası dünyasını dəyişib. Lent.az -ın məlumatına görə, bu barədə ifaçının özü sosial şəbəkədə yazıb: “Məni yetim qoyub gedən atam lay-lay. Səsizliklə tez imtahana çəkdin məni. Sən mənim başımın tacı, dərdimə əlac idin. Səssiz-səmirsiz fikir edən canına qurban olum, ata. Atasız yetim kəlməsi, bu gündən sonra mənimlədir...Allah sənə qəni-qəni rəhmət eləsin. Sən gör necə gözəl insan olmusan ki, Ramazan ayında haqqın rəhmətinə qovuşdun. Yat, rahat yat. Oğlunun yanında rahat yat. Öncə qardaşımı, sonra səni itirdim. Məni də gözləyin, gələcəm yanınıza”.