<b>Elza konsertinə görə <span style="color:red;">BORCA DÜŞDÜ : "... 200 min manata qədər gəlib" - <span style="color:red;">VİDEO </b>
03 may 2019 17:18 (UTC +04:00)

Elza konsertinə görə BORCA DÜŞDÜ: "... 200 min manata qədər gəlib" - VİDEO

Əməkdar artist Elza Seyidcahan bir neçə gün öncə Heydər Əliyev adına Sarayda verdiyi “Sənə bənzər” adlı konsertinə görə borca düşüb. Bəstəkar-müğənni bu barədə Lent.az-a açıqlamasında deyib: “Konsertimdən sonra çox zənglər aldım. Elə insanlar zəng etdilər ki, onların fikri mənim üçün milyonlara dəyər. Bu il Prezident İlham Əliyev tərəfindən Nəsimi ili elan edildiyinə görə, bu konsertimizi də Nəsimi ilinə həsr elədim. Kürəkənim mənə dedi ki, konsertə 10 gün qalmış heç yerə getməyək. Söylədim ki, mən getməliyəm. Çünki evin qayğıları var. Konsertin məşqini saat 19:00-a qədər bitirib, həmin vaxtdan sonra toylara gedirdim. Başqası bu layihəni etsəydi, xərci 200 min manata qədər gəlib çıxardı. Çünki mən bu bəstələri illər öncə bəstələmişəm. Hər zaman konsert edəndə borca düşürəm. Pullarım elə konsertlərimə gedir. Mənim qazancım sadəcə tamaşaçıların xoş sözü oldu. Bu konsertdə nə qədər borca düşdüyümü deyə bilməyəcəm. O pulu çalışıb, özüm ödəyəcəm”.

 

E.Seyidcahan daha sonra bildirib ki, Azərbaycanda konsertdən pul qazanan müğənni yoxdur: “Bəli, konsertdən pul qazanan yoxdur. Yalnız 6 ay öncə konsertini reklam etsələr, qazana bilərlər. Bəzi müğənnilərdən fərqli olaraq, nə avtobuslara, nə köşklərə, nə də başqa-başqa yerlərə konsertimin afişasını yapışdırmamışdım. İnanıram ki, gələcəkdə konsertdən pul qazanan müğənnimiz olacaq”.

 

# 2092
avatar

Yalçın UĞUR

Oxşar yazılar