
Əmək müqaviləsi bildirişinə dair prosedur dəyişdi
Nazirlər Kabineti “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da dəyişiklik edib.
ONA-nın məlumatına görə, dəyişikliyə əsasən artıq əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənlə bərabər Vergilər Nazirliyinə də məlumat göndəriləcək.
Eyni zamanda yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanılması elektron informasiya sistemində Vergilər Nazirliyi tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınacaq. Həmin hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Vergilər Nazirliyinə elektron qaydada məlumat göndəriləcək.
Oxşar yazılar

Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI – İDDİA - VİDEO - YENİLƏNİB
22 iyun 2025 , 07:36
Dilqəm Əsgərovun oğlu atasından imtina etdi - "Məni ölümlə hədələyirlər"
21 iyun 2025 , 18:44
Ehtiraslı sevgi, macəra və... Yayda şanslı olacaq 5 BÜRC
21 iyun 2025 , 18:42
Pensiya alanlara ŞAD XƏBƏR: Pullar yükləndi
21 iyun 2025 , 18:20
Bu rayonda 17 min abonentin qazı kəsilir
21 iyun 2025 , 17:37
Boşananda nə qədər xərc çıxır? - CAVAB
21 iyun 2025 , 17:27
Axundun qaçırdığı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO - YENİLƏNİB
21 iyun 2025 , 16:55
Bakıda 3 avtobusun hərəkət istiqaməti dəyişdirilir
21 iyun 2025 , 16:26