
İlham Əliyev: "Azərbaycan ABŞ-la əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətindədir" - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti qəbul edib.
ONA-nın xəbərinə görə, Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, əlaqələrimizin siyasi, iqtisadi, ticarət, enerji, təhlükəsizlik və digər sahələrdə genişləndiyini vurğulayıb. Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətində olduğunu deyən dövlət başçısı son dövrlər ərzində ölkələrimiz arasında qarşılıqlı təmasların və tədbirlərin əhəmiyyətini vurğuladı və bu müsbət dinamikanın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Keçən ilin oktyabrında Azərbaycana səfərini xatırlayan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ikitərəfli əlaqələrimizdə olan bu müsbət dinamikanı davam etdirmək məqsədilə ölkəmizə səfər etdiyini deyib, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ölkəmizə səfəri və onun ardınca aparılan danışıqların əhəmiyyətini vurğulayıb.
Görüşdə dövlət başçısı ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi” layihəsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirib.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, öz növbəsində, Azərbaycanın Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlər, o cümlədən ABŞ üçün təmin edilən tranzit-logistika dəstəyinə görə minnətdarlığını ifadə edib.
Söhbət zamanı ölkəmizin demokratik inkişafı, məhkəmə-hüquq sistemi və sosial-iqtisadi sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.
14:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Corc Kenti qəbul edib.
ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48