820
11:15
24 Aprel 2019

Fərda: "İntihar edə bilərəm, özü də dəf kimi"

Bir müddət öncə aktyor sənətindən uzaqlaşdığını deyən Fərda Xudaverdiyev açıqlama verib. Lent.az -ın məlumatına görə, aktyor “Hər şey daxil” verilişində bildirib ki, bu açıqlamadan sonra depressiyaya düşüb:

“Mən bu sənətlə nəfəs alıram. Arada oxuyuram, deyirlər ki, Fərda müğənni olacaq. Qorxmayın, Fərda müğənni olan deyil. Sadəcə, həvəsdir, istəyirsən, yenilik edəsən. Sənətdən getmək, mənim üçün özündən getməkdir.

İki günün içində depresiyaya düşdüm. Sonda dedim ki, bəsdir daha. Bunun iki yolu var idi: ya intihar etməliydim, ya da belə. İntihar edə bilərəm, özü də dəf kimi. Problemlər həll olundu, hətta bilet sifariş edib, ölkədən gedirdim. Hər şey dost kimi yoluna qoyuldu”.