1328
12:57
23 Aprel 2019

Azərbaycanlı məşhur boşanmasından danışdı: "Narkotik, tüfeyli həyata görə..."

"Qurd" ləqəbi ilə tanınan azərbaycanlı reper Fərid Eminov həyat yoldaşından boşanmasından danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində bildirib ki, ayrılmağında başqa kimisə günahlandırmır: “Boşanmağım sırf ailədaxili məsələ olduğuna görə oldu. Narkotikə, tüfeyli həyat tərzimə görə boşanmadıq. Heç bir zaman kiminsə bostanına daş atan olmamışam, atmaram da. Sadəcə, qismət belə oldu”.

Qeyd edək ki, 4 il davam edən bu evlilikdən Qurdun iki oğlu var.