800
12:30
23 Aprel 2019

Güneldən ŞOK AÇIQLAMA: "Qızımın atası başqasını sevsə, razı olaram"

“Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova şəxsi həyatından danışıb.

Lent.az -ın məlumatına görə, "Boş anlar" verilişində bildirib ki, həyat yoldaşı başqasını sevsə, ona normal yanaşacaq: "Sabah tutaq ki, mənim qızımın atası artıq məni istəməsə, başqasını sevsə, mən onu zorla saxlaya bilmərəm. Çünki o, nəsə etmək istəsə, qıraqda da edəcək. Bu başdan mənə də desin, deyim problem yoxdur. Gedəni saxlamaq mümkün deyil. Hər bir insan dünyaya bir dəfə gəlir. Heç kəs məcbur deyil ki, həyatda bir insanla ömrünün axırına qədər yaşasın. Əgər uyğunluq yoxdursa, qarşı tərəfdən şiddət görürsənsə, məcbur oturmalı deyilsən. Mən elə insanları başa düşmürəm. Sənə onunla xoş deyilsə, məcbur deyilsən və ya əksinə. Kişi artıq istəmir də xanımını, bu da ola bilər".