
[b]Bu şadlıq sarayları atmosferə həddindən artıq tullantı atır - SİYAHI[/b]

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai iaşə obyektlərində atmosferə atılan tullantıların qarşısının alınması ilə bağlı növbəti monitorinq keçirib.
Lent.az Trend-\ istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin aparat rəhbəri Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, bu məqsədlə nazirlik 470 obyektdə monitorinq keçirib və 455 obyektdə təmizləyici qurğu quraşdırıldığı məlum olub. Aprel ayında isə həmin qurğular quraşdırılan obyektlərdə vəziyyəti öyrənmək üçün Bakı və Sumqayıtda 107 ictimai iaşə obyektində yoxlama keçirilib.
Monitorinq zamanı 22 obyektdə təmizləyici qurğular quraşdırılsa da, qurğulara nəzarət olunmadığından atmosferə həddindən artıq tullantıların atılması faktı aşkarlanıb: "Həmin obyektlərə biz icrası məcburi göstərişlər vermişik. Həmin obyektlər "İmperator", "Oazis", "Sonalar Sonası", "Cratos", "Madona,"Meridian, "Su səsi", "Dan Ulduzu", "Hissa", "Şahzadə", "Kremlin Hall", "Qızıl tac", "Elit Eventis Hall", "Xarı bülbül, "Gold Palase", "Piano" və "Kolizey" şadlıq sarayları, "Sandıq", " Qızıl qaya", "İstanbul", "Quzu qabırğası" və "Şəki" restoranlarıdır".

Oxşar yazılar

Yanğınların əsas səbəbləri və yanğın zamanı təhlükəsizliyə dair QAYDALAR
23 yanvar 2021 , 18:57
Kəlbəcərin Qamışlı kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 17:50
SON STATİSTİKA: 162 yoluxma, 8 ölüm...
23 yanvar 2021 , 17:24
Əhaliyə vəhşi quşlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ
23 yanvar 2021 , 16:49
Ermənilər Zəngilan məzarlığında meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - VİDEO
23 yanvar 2021 , 15:38
Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 14:53
Polis polkovniki sərəncama göndərildi
23 yanvar 2021 , 14:43
Ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
23 yanvar 2021 , 14:34