Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar
22 aprel 2019 09:36 (UTC +04:00)

Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar

 
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. 
 
ONA-nın məlumatına görə, David Kvaçadzenin şərəfinə təşkil olunan yarışda Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb.
 
Böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub. Digər boksçumuz Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 
Qeyd edək ki, millimiz yarışa 5 boksçu ilə qatılmışdı. 
# 539
avatar

Oxşar yazılar