321
16:13
15 Aprel 2019

Bu qəsəbədə 2 gün işıq olmayacaq

Aprelin 16-17-də saat 10.30-dan15.30-dək Masazır Yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bu barərə Lent.az -a “Azərişıq” ASC-dən bildirilib.
Verilən məlumata görə, bunula əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.