![[b]Bakı metrosunun mobil əlavəsi olacaq[/b]](https://lent.az/storage/news/2019/april/12/big/ff28f11041f97ed22d1d2dc22454e23f.jpg)
[b]Bakı metrosunun mobil əlavəsi olacaq[/b]
May ayının sonunadək "Android" və "iOS" cihazları istifadəçilərinə "Bakı Metropoliteni"nin mobil əlavəsi təqdim olunacaq. Bunu ONA-ya layihənin rəhbəri Şamxal Bayramov deyib.
Onun sözlərinə görə, “Baku Metro” adlanacaq bu tətbiq vasitəsilə istifadəçilər qatarların gəlmə vaxtı, stansiyalar arasında olan məsafə və bu məsafəni qət ediləcək vaxt barədə interaktiv olaraq məlumat ala biləcəklər. Mobil tətbiqin interfeysi Azərbaycan, rus və ingilis dillərində olacaq.
“Bu yaxınlarda biz “BakuBus” ın mobil əlavəsi üzərində yeniləmə işləri apardıq. Belə ki, bu əlavəyə yeni marşrutlar daxil edilib”, - deyə Ş. Bayramov bildirib.
Tətbiq marşrut boyunca avtobusların hərəkətini real vaxt rejimində izləmək imkanı verir. İstifadəçilər avtobus marşrutunu seçib, seçdiyi marşrut üzrə hansı avtobusun hərəkət etməsi barədə məlumat əldə edə biləcəklər.
Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30