
Bu şəxslərin maaşlarının 200 manatdan çox hissəsindən 14 faiz vergi tutulur
Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə dövlət qulluqçularına gözəşt nəzərdə tutulubmu?
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən suala cavab olaraq bildirilib ki, muzdlu işlə əlaqədar gəlir vergisinin güzəştli qaydada hesablanması yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir.
Bu, həmin sektorda əmək haqlarının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır.
Lakin son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırıılıb.
Əməkhaqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, hesablanmış əməkhaqqı 570 manat təşkil edən dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqından 51,8 manat (570-200=370x14 faiz=51,8 manat) vergi tutulur.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06