![[b]Ölkədə dollarlaşma azalır[/b]](https://lent.az/storage/news/2019/april/04/big/d734423ab324b1be949ddfd1f417969f.jpg)
[b]Ölkədə dollarlaşma azalır[/b]
Azərbaycanda qeyri-neft sektoru üzrə tədiyyə balansında müsbət meyillər davam edir. ONA xəbər verir ki, bunu "Fitch Ratings" agentliyinin Bakıda keçirdiyi tədbirdə çıxışı edən Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmisi Azər Ələsgərov bildirib.
Onun sözlərinə görə, turizm xidmətləri balansında müsbət saldo qorunur. Bundan başqa, tədiyyə balansının ilkin və təkrar gəlirlər balansında da müsbət meyillər var: "Bu şəraitdə valyuta bazarında tarazlı bir vəziyyət mövcuddur. Valyuta bazarı özünü tənzimləmə rejimində işləyir. Ölkənin strateji valyuta ehtiyatları artır. Ölkənin valyuta ehtiyatları kifayətlilik üzrə beynəlxalq normaları üstələyir. İnflyasiya aşağı düşməsi və valyuta bazarının tarazlıq şəraitində ölkədə dollarlaşmanın azalması davam edir".
A.Ələsgərov onu da əlavə edib ki, mövcud şəraitdə Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinə yönəlib və AMB makroiqtisadiyyata xələl gətirmədən iqtisadi artımı və maliyyə sabitliyini dəstəkləməyə çalışır.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06