532
12:31
30 Mart 2019

Nuriyyə Hüseynova konsert verəcək

İyunun 5-də Heydər Əliyev Sarayında Əməkdar artist, xanəndə Nuriyyə Hüseynovanın solo konserti olacaq.

Sarayın mətbuat xidmətindən Lent.az -a bildirilib ki, xanəndə tamaşaçılar qarşısında yeni proqramla çıxış edəcək.

Musiqili gecənin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.