760
10:05
28 Mart 2019

Nazpərinin bacısı Elzaya SƏSLƏNDİ: "Mənə görə səhnəyə çıxmadı"

Müğənni Zeynəb Dostəliyeva əməkdar artist Elza Seyidcahanla aralarında olan qalmaqaldan danışıb. Lent.az -a açıqlama verən Z.Dostəliyeva bildirib ki, əməkdar artist xalq artisti Nazpəri Dostəliyeva qarşı haqsızlıq edib:

“Mən Elzanın xətrin çox istəyirdim. Amma nəyə görə o, belə sözlər danışdı? Orda nə var idi ki? Əgər Nazpəri xanım onu ciddi tənqid etsəydi, mən bu işə qarışmazdım. O, bizə qarşı düzgün olmadı. Həmin söhbətlərdən sonra onunla telefonda əlaqə saxlamadım. Amma bir tədbirdə mən oxuyurdum, Elza da ora gəlməli idi. Mənim orda olduğuma görə, gözləyib ki, tədbirdən gedim, sonra gəlsin. Elza çox böyük səhvə yol verdi. Dedi ki, Nazpəri mənim tələbəm olub. Belə bir şey olmayıb axı. Bu yalandır”.

Müğənni müxbirimizin “gələcəkdə Elza Seyidcahanla barışığınız mümkündürmü?” sualına “adamın adamı ölür, onu keçirlər, bağışlayırlar, Allah bağışlayandır, biz kimik ki?” cavabını verib.