969
18:40
25 Mart 2019

“Səhər poçtu”nun əfsanəvi aparıcısı XƏSTƏXANALIQ OLDU

Rusiya televiziyasının qocaman aparıcısı Yuri Nikolaevin səhhətində problem var. Son dörd gündə aparıcı iki dəfə düz yolda yeridiyi zaman yıxılıb, həm də mənzilində.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, teleaparıcı həyat yoldaşı Eenora ilə yaşadığı mənzildən təcili yardımla xəstəxanaya aparılıb. Yıxılanda Yurinin başı döşəməyə möhkəm dəyib. Əvvəlcə həkimə müraciət etməyə lüzum görməsələr də axşama yaxın onun qızdırması qalxıb və xəstəxanaya götürməli olublar.

Başını rentgen müayinəsi etdikdən sonra beyin silkələnməsi olmadığına əmin olub gecə saatlarında onu evə buraxıblar.

Bununla belə “Səhər poçtu”nun əfsanəvi aparıcısı Yuri Nikolayev axır vaxtlar tez-tez baş gicəllənməsindən şikayət edirmiş.