952
13:16
25 Mart 2019

Azərbaycanın bu şəhərində parkomatlar ləğv olundu - FOTO

Sumqayıtda müəyyən olunmuş ərazilərdə quraşdırılmış parkomatların sökülməsinə başlanılıb.
ONA -nın yerli bürosunun məlumatına görə, iki il öncə avtomobillərin intensiv olduğu müxtəlif yerlərdəki parkomatların çoxu artıq sökülüb.
Sumqayıtda 2017-ci ildə quraşdırılmış parkomatlarda qiymətləri bir saat üçün 30 qəpik, iki saat üçün 60 qəpik, 4 saatadək 90 qəpik, 4 saatdan 8 saatdək isə 1 manat idi.