
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
0
0
Prezident İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu ölkəsinin Müstəqillik Günü münasibəti ilə təbrik edib.
Lent.az-ın Azərtaca istinadən dövlət başçısı Yunanıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prokopis Pavlopulosu və yunan xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib: “Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
0
0