286
18:15
18 Mart 2019

Yevlaxda 1,063 ədəd patron aşkarlandı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Yevlax rayonu ərazisində silah və patronların tapılması barədə daxil olan məlumata əsasən xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib. Bu barədə Lent.az -a ANAMA-dan bildirilib.

Xəbərdə qeyd olunur ki, agentliyin mütəxəssisləri və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənbirlikdə ərazidə “Almalıq” adlanan otlaq sahəsinəbaxış keçirilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindənmühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində1,063 ədəd 5.45 mm-lik patronvə1 ədəd korroziyaya uğramış avtomataşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronların ətrafında1,000 kv.məraziyəyerüstü,100 kv.məraziyə isəyeraltıbaxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ÜmumilikdəAgentlik tərəfindən1 yanvar-18 mart tarixlərində 63 siqnal (əməliyyat çağırışı) əsasında55 operativ və təxirəsalınmaz əməliyyat çıxışıolub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib,1,189 ədəd partlamamış hərbi sursat(PHS),8 ədəd piyada əleyhinə minavə4 ədəd tank əleyhinə minazərərsizləşdirilib,98,295 kv.məraziyerüstüvə7,302 kv.məraziyeraltıyoxlanılıb.