353
09:49
18 Mart 2019

Neft yenidən ucuzlaşdı

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,22% və ya 0,23 dollar azalaraq 67,03 dollar təşkil edib.
ONA -nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 0,39% və ya 0,23 dollar azalaraq 58,59 dollara təklif olunub.