![[b]İki ayda ölkəmizə idxal olunan avtomobillərin SAYI [/b]](https://lent.az/storage/news/2019/march/16/big/8d558d38a378878f092b43fdc29de964.jpg)
[b]İki ayda ölkəmizə idxal olunan avtomobillərin SAYI [/b]
0
0
2019-cu ilin yanvar-fevral ayında Azərbaycana idxal olunan avtomobillərin sayı 5169 olub.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Ölkəyə gətirilən avtomobillərin 37-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4707-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 397-si yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 28-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
0
0