263
23:19
14 Mart 2019

Hindistanda faciə: ölənlər var

Hindistanın Mumbay şəhərində körpünün uçması nəticəsində 5 nəfər həlak olub, 36 nəfər yaralanıb.
ONA -nın TASS-a istinadən yaydığı xəbərinə görə, hadisə axşam saatlarında Çxatrapati Şivanji vağzalı yaxınlığında baş verib.
Hadisə qurbanları sayının artacağı ehtimal edilir.
Hindistanın baş naziri Narendra Modi hadisə qurbanlarının ailələrinə baş sağlığı bildirib.