497
13:36
14 Mart 2019

Hüseyn Dəryanın qəbri açılacaq - ÖVLADLARINA GÖRƏ

Mərhum reper Hüseyn Dəryanın qəbri açılacaq. Lent.az -ın məlumatına görə, bu barədə ifaçının qızı “Bizimləsən” verilişində deyib: “Hamı deyir, niyə belə iddialısan? Bura gələndə əminliklə bilirdim ki, qardaşımdır, sübut olunsun deyirdim. Amma artıq ağlımdakı suallara mənəvi olaraq cavab verirəm. Cahangir mənim qardaşım deyil, atamın mənəvi oğludur.

Türkiyəyə gedirəm, amma məsələni sonlandırmıram. Ömrümün sonuna qədər məsələnin üstünə gedəcəm. Lazım gəlsə, atamın qəbri də açılacaq, məsələyə aydınlıq gətiriləcək.

Sona gəlib desəydi ki, Cahangir Hüseyn Dəryanın mənəvi oğludur, bağışlayardım. Bağrıma basıb deyərdim ki, mənim mənəvi qardaşımdır. İndi isə tam əminəm ki, Cahangir Hüseynin mənəvi oğludur.

Sona xanım, gəlin verilişə deyin hər şeyi. Atamın ruhuna hörmətsizlik etməyin. Mən və bibilərim qəbrin açılmasına qədər gedib çıxacağıq. Türkiyədən qayıdandan sonra bibilərimlə birlikdə məhkəməyə gedib, o yolla Sona xanımdan DNT tələb edəcəyik".