<b>Rezidenturaya qəbul olmaq istəyənlərin<span style="color:red;"> NƏZƏRİNƏ </b>
04 mart 2019 12:15 (UTC +04:00)

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul olunmaq istəyən namizədlər üçün qəbul imtahanın birinci mərhələsi  üzrə sınaq imtahanı keçiriləcək. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bidirilib.

Verilən məlumata görə, sınaq imtahanı martın 16-da DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər 5-15 mart tarixlərində saat 10.00-dan 17.00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından  yararlanmaq olar.

# 469
avatar

Aygün İbrahimli

Oxşar yazılar