"Hesablanmış artıq faiz və cərimələr silinəcək" -<span style="color:red;"> Ekspert
28 fevral 2019 15:13 (UTC +04:00)

"Hesablanmış artıq faiz və cərimələr silinəcək" - Ekspert

“Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman  ondan xəbər verir ki, uzun müddətdir müzakirə olunan məsələ praktik olaraq həll olunur”.  Bunu Lent.az-a  Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını şərh edərkən iqtisadçı-ekspert Vüqar Bayramlı deyib.

 

Ekspertin sözlərinə görə, fərmana əsasən uzun müddət müzakirə olunan problemli kreditlərlə bağlı güzəştin tətbiq edilməsi nəzərdə tutulur: “Yeni fərmana əsasən 10 min dollara qədər  kredit götürən vətəndaşlarımız güzəştdən istifadə edəcəklər. Güzəştlərin tətbiqi zamanı iki dövr götürüləcək. Biri 2012-ci il yanvarın 1-dən 2015-ci ilin fevralın 21-dək olan dövürdür. Həmin zaman kəsiyində verilmiş kreditlərin hər dollarına 25 qəpik güzəşt tətbiq olunacaq. Bu o deməkdir ki, vətəndaş həmin dövrdə 10 min dollarlıq kredit götürbsə və götürdüyü məbləğ devalvasiyadan öncə 7800 manat idisə, devalvasiyadan sonra  10500 manat olub. Demək, həmin məbləğdən 2500 manat çıxılacaq və nəticədə vətəndaş 8 min, yəni əvvəlki məbləğə yaxın  pul ödəyəcək".

 

V.Bayramov deyib ki, 2015-ci il fevralın 21-dən 2015-cil dekabrın 21-dək olan dövrdə götürülən kreditlər üçün isə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. "Bu isə hər 10 min dollar kreditə 6 min manat güzəşt deməkdir. Hesablanmış artıq faizlər və cərimələr tamamən silinəcək. Fərman banklara bunu tövsiyə edir".

 

Fərmanda eyni zamanda, məhkəmədə bank kreditləşməsi ilə bağlı olan işlərin geri çağrılmasının da tövsiyə olunduğunu deyən V.Bayramovun sözlərinə görə, bu o deməkdir ki, məhkəmələr kreditlərlə bağlı işləri geri çağırlmasını həyata keçirəcəklər. "Eyni zamanda, yeni fərmana əsasən qalan hissənin ödənilməsi üçün banklara illik bir faiz olmaq şərtilə beş il müddətinə manatla kredit götürmək imkanı veriləcək. Bunun üçün Mərkəzi Bank kommersiya banklarına 682 milyon manat vəsait ayıracaq. Qalan hissəni ödəmək üçün vətəndaşlar beş il müddətinə illik faizi cəmi bir faiz olmaq şərtilə kredit götürüb öhdəliklərini yerinə yetirə biləcəklər”.

 

İqtisadçı bildirdi ki, hər bir  vətəndaşa ödənəcək maksimum məbləğ beş min dollar olacaq. Yəni, 10 min dollarlıq kreditin beş min dollarına qədər bağışlanması və güzəşt edilməsi mümkün olacaq.

 

Onun sözlərinə görə, fərmanla  problemli kreditlərin məbləğinin kəskin azalmasına nail olmaqla yanaşı, eyni zamanda fərqin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi təmin olunacaq.

# 1399
avatar

Aygün İbrahimli

Oxşar yazılar