451
10:47
28 Fevral 2019

Azərbaycan və Rusiya opera artistləri bir səhnədə

Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, səhnə əsərində Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi, Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikovu dəvət edib.

Rusiyalı vokalçı ilə yanaşı, operada teatrın solistləri - Xalq artistləri Fidan Hacıyeva (Rozina), Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin solistlər Nina Makarova (Berta) və Firus Məmmədov (zabot) çıxış edəcəklər.

Orkestri əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.