“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edildi
11 iyul 2018 16:05 (UTC +04:00)

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edildi

Ölkə prezidenti İlham Əliyev “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.

 

# 311
avatar

Oxşar yazılar