<b><span style="color:red;">İqbal Ağazadə:  “Bu, ölkəyə, dövlətə düşmən olmaqdır...”</b>
11 iyul 2018 15:14 (UTC +04:00)

İqbal Ağazadə: “Bu, ölkəyə, dövlətə düşmən olmaqdır...”

Ümid Partiyasının sədri İqbal Ağazadə Gəncədə baş vermiş hadisələrlə bağlı öz facebook hesabında müraciət yayıb. Lent.az-ın məlumatına görə, müraciətdə partiya sədri bildirib: “Hələ Elmar Vəliyevə qarşı sui-qəsd olanda bu olayı qətiyyətlə pisləyərək bildirmişdim ki, hətta ən qəddar və vicdansız məmurla belə kimsə qanundan kənar davranmamalı, terror, silahlı saldırı ilə münasibət aydınlaşdırmağa çalışmamalıdır. Bu gün Gəncədə baş verən hadisələri qətiyyətlə pisləyir, bu aksiyanı provokasiya hesab edirəm. İki polisin öldürülməsi isə kimlərinsə ölkəni xaosa sürükləmək cəhdindən başqa bir şey deyil. Bu demokratikləşmə uğrunda mübarizəyə ən böyük zərbə və xəyanətdir. Allah polislərimizə rəhmət etsin”.

 

Partiya sədri ölkə vətəndaşlarına çağırış edib: “Bizim demokratiya uğrunda savaşımızda qan, qisas, qarşıdurma, xaos yoxdur, olmayacaq. Biz onsuz da bu ölkəni demokratikləşdirib hər kəsin haqqını verəcəyik. Bu cür hərəkətlər mübarizəmizin mahiyyətini dəyişdirir, ölkəmizin insanları, onların mübarizəsi haqqında yanlış fikir formalaşdırır”.
 

Sonda İ.Ağazadə qeyd edib: “Vəzifəsini icra etməyən bir şəhər rəhbərliyinin ailəsinin Gəncədən çıxarılması adı ilə mitinq keçirmək və onu dəstəkləmək görəsən kimlərə və niyə lazım idi? Siz vəzifəsini yerinə yetirməyən məmuramı müxalifətsiniz, yoxsa onun ailəsinə? Bu mübarizə və dəyər deyil. Bu, dəyərsizlik və ölkəyə, dövlətə düşmən olmaqdır...”

 

 

 

# 426
avatar

Oxşar yazılar