[b]Azərbaycan və Aİ arasında tərəfdaşlıq prioritetlərinə dair sənəd paraflanıb[/b]
11 iyul 2018 15:12 (UTC +04:00)

[b]Azərbaycan və Aİ arasında tərəfdaşlıq prioritetlərinə dair sənəd paraflanıb[/b]

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib və sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb. 

 

APA-nın “European İnterest” agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən imza atılıb. 

 

Mərasimdə prezident  İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak edib.

 

Məlumatda bildirilir ki, tərəfdaşlıq prioritetləri gələcək illər üçün Aİ-Azərbaycan əlaqələrində irəliyə doğru əhəmiyyətli bir addımdır. Tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəldiyi üçün Azərbaycan və Avropa İttifaqıxalqlarının rifahına müsbət təsir göstərəcək. Eləcə də, tərəfdaşlıq prioritetləri vasitəsilə Aİ və Azərbaycan iddialı və gündəmdə olan hərtərəfli öhdəliklərini yeniləmiş olurlar.

 

Tərəfdaşlıq prioritetləri artıq Avropa İttifaqı və Azərbaycan tərəfindən rəsmən təsdiq olunmuş sayılır və qəbulu gözlənilir.

# 369
avatar

APA Baycan

Oxşar yazılar