151
12:38
10 İyul 2018

Ərdoğan Azərbaycana gəlib

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın Azərbaycanasəfəri başlayıb.

APA -nın "haberler.com"a istinadən verdiyi xəbərə görə, Türkiyə prezidentini Heydər Əliyevhavalimanındabaş nazirin birinci müaviniYaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

Bu, R. T. Ərdoğanın iyunun 24-də keçirilən prezident seçkilərində qələbəsindən sonra ilk xarici səfəridir.

Qeyd edək ki, Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Prezidentİlham Əliyevvə RəcəbTayyibƏrdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş nəzərdə tutulub. Görüşlərdən sonra ölkə başçılarının mətbuat konfransı gözlənilir.

R. T. Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonraŞimali Kipr Türkiyə Cümhuriyyətinə yola düşəcək.

APA