Ana olmağa hazırlaşan azərbaycanlı rəqqasə Oksana Rəsulova sosial şəbəkədə şəxsi həyatı ilə bağlı paylaşım edib. Lent.az-ın məlumatına görə, sevgilinin üzünü gizlədən rəqqasə onunla əl-ələ çəkilmiş fotosuna “Nə yaxşı ki, varsan. Həyatımda və qəlbimdə”.
Onu da əlavə edək ki, O.Rəsulova ötən il şəxsi həyatı ilə bağlı açıqlamasında bu sözləri demişdi: "Mənə elə gəlir ki, mənim üçün başqa həyat başlamalıdır. Ailəmə söz vermişəm ki, gələn il ailəm olmalıdır. Gələn ildən mənim üçün başqa həyat başlamalıdır. Çox istərdim ki, həyatımda bir insan olsun, mənə dayaq olsun, yanımda olsun və onunla ailə həyatı qurum. Ola bilsin ki, böyük, təmtəraqlı toy etmədim".
Qeyd edək ki, O.Rəsulova 2 dəfə evli olub. Onun sonuncu evliliyi reper Elşad Xose ilə olub. E.Xose isə bir neçə gün öncə sosial şəbəkədə sevgilisi ilə birgə fotosunu paylaşıb, xoşbəxtliyini bu cür sübut etmişdi.