226
12:39
20 İyun 2018

Əli Mirəliyevin oğlu efirə gəldi: "Hamamda çay içir, yemək yeyir"

Müğənni Əli Mirəliyevin oğlu Taleh Mirəliyev “Səhər-səhər” verilişində qonaq olub. Lent.az -ın məlumatına görə, tanınmış ifaçının oğlu atası barədə danışıb: “Atama nə lazım olursa, onu edirəm. Halı pisləşən zaman qucağıma alıb, çarpayıya qoyuram. O da dərmanını içir və yatır. Mən ona kömək edirəm. Şükürlər olsun ki, indi yaxşıdır. Atam Mərdəkanda qalır, mən isə işlə bağlı şəhərdə. Həftədə 1 dəfə atamı görürəm”.

Ə.Mirəliyev də öz növbəsində övladı barədə danışıb: “Oğlumun və qızımın da musiqiyə marağı var. Amma bu oğlum çox ərköyündü. Hətta o hamam otağında olanda anası ona çay aparır. Nəinki hamamda çay içmək. Hətta çörəyi də orda yeyir, elə ordan da ora... Elə şey olar?”