88
16:37
07 İyun 2018

Zeynəb Dostəliyevadan Damlaya İRAD: "Xalq mahnısını oxuya bilmir"

Xalq artisti Nazpəri Dostalıyevanınmüğənni bacısı Zeynəb Dostəliyeva həmkarı Damla barədə danışıb. Lent.az -ın məlumatına görə, DostəliyevaDamlanın ifasında xalq mahnılarını bəyənmədiyini deyib:

“Efirlərdə dəhər dəfə görürük. Damlanın konsertinə baxdım. Nə qədər ki, türk boğazı ilə oxuyur, o mahnılar ona gözəl yaraşır. Amma bir-iki xalq mahnısı oxudu, gördüm ki, yox, qətiyyən onluq deyil. Onun etikası mənim çox xoşuma gəlir”.

Proqrama qonaq olan əməkdar artist Kübra Əliyeva isə ümumiyyətə Damlanı tanımadığını deyib:

“Mən Damlanı tanımıram. Adını duymuşam. Özünü görməmişəm hələ”.