![[b]“Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsində maraqlıyıq” - ABŞ rəsmisi[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]“Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsində maraqlıyıq” - ABŞ rəsmisi[/b]
ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb.
Səfirlikdən APA-ya verilən məlumata görə, Bricet Brink mayın 31-i Bakıya rəsmi səfər edərək prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimov və müxalifət nümayəndələri ilə görüşlər keçirib.
B.Brink prezident İlham Əliyevi və Azərbaycan xalqını dünyanın ilk müsəlman parlament ölkəsi olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının yüz illik yubileyi münasibətilə təbrik edib.
Tərəflər Əfqanıstan və terrorçuluğa qarşı mübarizə də daxil olmaqla təhlükəsizlik məsələlərini müzakirə ediblər. Dövlət katibinin köməkçisinin müavini ABŞ-ın Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə dair marağını bildirərək 25-ci Xəzər Neft və Qaz Sərgisinin və Şahdəniz 2 yatağından qaz təchizatının başlanmasının vacibliyini vurğulayıb.
Dövlət Departamenti rəsmisi sözügedən tədbirlərin Avropada enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasında oynadığı mühüm rolu qeyd edib.
Rəsmi görüşlər zamanı B.Brink həmçinin sərbəst toplaşma azadlığı, qanun aliliyi və korrupsiyaya qarşı mübarizə də daxil olmaqla fundamental azadlıqlara hörmətlə yanaşmanın həm Azərbaycanın biznes mühiti, həm də ikitərəfli tərəfdaşlıq üçün vacib olduğunu vurğulayıb.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45