156
11:45
29 May 2018

Azərbaycanlı müğənnidən sürpriz hədiyyə - VİDEO

Bu günlərdə "İkimizin" adlı klip çəkdirən sənətçi Xatun Əliyeva izləyiciləri arasından seçdiyi və sözügedən klipində oynayan 2 gəncə sürpriz toy hədiyyəsi edib. Lent.az -ın məlumatına görə, müğənni heç kimin gözləmədiyi halda həmin ikilinin toyuna gəlib, məclisi idarə edib və üstəlik klipini ilk dəfə orada nümayiş etdirib. Sənətçinin gözlənilməz addımı iştirakçıları təəccübləndirib, eyni zamanda da sevincə səbəb olub.

Xatun həmçinin yeni fotosessiya da etdirib. Xüsusən geyimi ilə marağa səbəb olan müğənni sevimli iti Pier ilə obyektivlərə poz verib. Kameraları sevməyən it Xatuna çətin anlar yaşadıb. Sevənlərinə yeni mahnısının müjdəsini verən müğənni sürprizlərinin də olacağını xüsusi vurğulayıb. Onu da qeyd edək ki, müğənni son fotosessiyasında Samir Atabey ilə çalışıb.